Ulu Öndər Heydər Əliyev deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm, Azərbaycanın  gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Bəli, Ulu Öndər Azərbaycan gəncliyini daim inkişafda, irəlidə və uğurların mərkəzində görmək istəyirdi. Məhz buna görə də bu böyük şəxsiyyət 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı ildə gənclərin I Forumu  keçirildi və ondan bir il sonra -1997-ci ildə Ulu Öndər tərəfindən  2 fevral –Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalandı.  

O gündən bu yana hər il fevralın 2-i ölkəmizdə böyük coşqu və sevinclə  qeyd olunur, müxtəlif sahələrdə uğur əldə etmiş gənclərə mükafatlar təqdim edilir,  onlara ideya və arzularını həyata keçirməkdə dəstək göstərilir. Hər il istedadlı və bacarıqlı gənclərin aşkar edilməsində, onlara daha böyük  uğurlara doğru addımlamaq üçün  mənəvi dəstək göstərilməsində “Qafqaz Media” İctimai Birliyinin də rolu danılmazdır. 

Yazıçı.az Moderator.az-a istinadən xəbər verir ki, bu il də “Qafqaz Media” İctimai Birliyi ənənəsinə sadiq qalaraq il ərzində fərqlənən gənclərə “İlin fəal gənci” medalını təqdim etdi. İB-nin Xətai Sənət Mərkəzi ilə birgə keçirdiyi tədbirdə  44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi anıldı, qazilərimizin hər biri yad edildi.   “İlin fəal gənci” medalı  gənc fəallar Leyla Turan, Ülvi Ələkbərzadə, Elcan Məmiyev, Ülkər Piriyeva, Fuad Əliyev, Fidan Əliyeva, Burhan  İmamverdiyev, Vəfa Paşazadə, Səbinə Əvəzova, Mirdamət Əzizov, Şəhriyar Hacıyev, Bəhram Qasımzadə, Rəqsanə Qurbanova, pakistanlı gənc fəal Məhəmməd Usama və başqalarına təqdim edildi.  Gənclər də öz növbəsində Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov cənablarına və “Qafqaz Media” İctimai Birliyinin sədri Hacı Azadə Hüseynova xanıma təşəkkürlərini bildirdilər.  Biz də bu gün münasibətilə hər bir Azərbaycan gəncini təbrik edir, onlara uğur arzulayırıq! 

Leyla Turan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir