Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

AMEA-dan “Report”a verilən məlumata görə, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada 1 hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.

Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb. O saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir