Alpay Azərin “Həyat epikrizi” romanı “Qanun” nəşriyyatında çapdan çıxdı. Sosial mövzulu əsərin əsas obrazı Murad iki yerdə işləyir, qazancı komforta yaxın həyat sürməyə imkan verir, amma eyni zamanda özündən qat-qat varlı dostundan pul umur və buna görə əzab çəkir
Sonra Murad elə bir ağır vəziyyətə düşür ki, əlindəki pul onun dadına çatmır, dostuna ağız açası olur. Səfil həyat sürənQarabağ qazisi ilə tanış olan Murad ona maddi, pul yardımı etsə də, bir müddət sonra yaxşılıq etməkdən bezir. İnsanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edən “Həyat epikrizi” müəllifin ilk romanıdır. Alpay Azərin buna qədər hekayələrdən ibarət 2 nəsr kitabı (“Şax yeriyənlər” və “Yazıçı və arvadı” çapdan çıxıb.

Artkaspi.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir