Pendir çox faydalı elementlər ehtiva edir və laktozaya dözümsüzlük halında südü əvəz edə bilər, lakin bu məhsulun həddindən artıq istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər.

Yazıçı.az verir ki, bu barədə Sankt-Peterburq Dövlət Universitetinin tibb fakültəsinin dosenti, tibb elmləri namizədi, dietoloq Andrey Bobrovski söyləyib. Ekspert izah edib ki, südlə müqayisədə pendirin tərkibində həddən artıq yağ var. Bu, ürək-damar sisteminə təsir edə bilər.

“Pendir süddən 3-5 dəfə çox kalorilidir. 100 q məhsula uyğun olaraq 5-6 qat daha çox protein ehtiva edə bilər, pendir yaxşı protein mənbəyidir, eyni zamanda 10 qat daha çox yağ və doymuş yağ ehtiva edə bilər. Kökəlməmək üçün az kalorili və ya az yağlı növlərinə üstünlük verin. Bu, daha sürətli doymağa imkan verəcək. Bir çox pasiyent pendirdən asılılıqdan şikayətlənir, bu çox geniş yayılmış haldır” , – dietoloq qeyd edib.

Mütəxəssisin fikrincə, pendir “asılılığa səbəb ola biləcəyi” üçün ehtiyatla istifadə edilməlidir./Publika.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir