“Instagram” rusca fəaliyyət göstərən iranpərəst “NewsTurk” səhifəsini bloklayıb.

“Report” TRT-nin rusdilli bürosunun teleqram kanalına istinadən xəbər verir ki, həmin səhifənin adı bu həftə “PolitCall”a dəyişdirilmişdi.

Səhifə idarəçilərinin fikrincə, əngəl addəyişdirmə və ya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadı və onun komandiri, general Qasım Süleymani ilə bağlı paylaşımlarla əlaqəli olub.

TRT-nin məlumatına görə, səhifə adının dəyişdirilməsi istifadəçilərin çoxsaylı şikayəti ilə əlaqələndirilib. Belə ki, 70 minlik səhifənin administrasiyası özlərini türk resursu kimi təqdim edərək abunəçiləri yanlış yerə yönəldir və Türkiyəni nüfuzdan salmaq və İran təbliğatı siyasəti yürüdürdü.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir