Təhsil Nazirliyi tələbə köçürülməsi zamanı tələbənin hansı hallarda ödənişsiz təhsil ala biləcəyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, əgər tələbə ödənişli əsaslarla oxuyursa, köçürülmə zamanı da ödənişli yerə köçürüləcək.

Onun sözlərinə görə, tələbə ödənişsiz təhsil alırsa, ixtisasını dəyişmədən digər hər hansı universitetə köçürülsə, bu halda ödənişsiz oxuyur. Əgər tələbə hər hansı ixtisasın əyani formasında oxuyursa, onun qiyabi formasına köçürülsə, bu halda da ödənişsiz təhsil alır. Üçüncü hal isə budur ki, tələbə ingilis dili qrupunda ödənişsiz oxuyursa, həmin ixtisassın Azərbaycan bölməsinə köçürülürsə, ödənişsiz oxuyacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir