Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədi ilə polis və Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları ilə könüllü təşkilatlarının ayrı-ayrı qrupları ilə birgə paytaxtda maarifləndirici tədbirlər keçirilib.

Yazıçı.az-ın “Report”-a istinadən xəbərinə görə, tədbirdə insanların sıx toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının fəsadları, sanitar-epidemioloji qaydalara bağlı məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir şəxs diqqətli və məsuliyyətli olmalıdır.

Könüllü gənclərin iştirakı ilə əhali arasında yoluxucu infeksiya haqqında maarifləndirici bukletlər paylanılıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir