Koronavirus məlum olduğu kimi, təkcə ağciyərləri zədələmir, həmçinin müxtəlif nevroloji problemlərə səbəb olur. Bu da beyinə virusun nüfuz etməsi nəticəsində olur.

Medicina xəbər verir ki, alimlər virus qalıqlarını beyinin ürək-damar, tənəffüs sisteminə nəzarət edən paylarında daha çox aşkarlayıblar.
Elmi araşdırmalar göstərib ki, ağciyərlər formal olaraq tam müalicə olunsa da, virus beyində uzun müddət qalır.

ABŞ-ın Corciya universitetinin alimləri siçanlar üzərində təcrübədə bunu müşahidə ediblər. Koronavirusa yoluxdurulan siçanlarda əvvəlcə pik həddə çatan virus payı sonra azalmağa doğru gedir.

Lakin beyində virus səviyyəsi olduğu kimi qalır.

Eləcə də beyin toxumasında virus payı 1000 dəfə çoxdur. Virusun hasil etdiyi iltihab yükü də 50 dəfə aktivdir.

Ona görə də koronavirusdan sağaldıqdan sonra xəstələrin vəziyyətinin gah yaxşılaşıb, gah pisləşməsi, uzun müddət nevroloji problemləri bununla əlaqədadır.

Dİgər tərəfdən xəstəlikdən sonra bağırsaqlarda virus yükü çox olduqda antitellərin evolyusiyası baş verir, bu da uzun müddətli immunitet yaranmasına səbəb olur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir