Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton “Azad qadın” heykəlini ziyarət edib.Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Tvitter” səhifəsində paylaşım edib.

“Görüşlərarası qısa vaxtımız oldu və nazir Morton daim azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan müasir Azərbaycan qadınının rəmzi olan “Azad qadın” heykəlinə baş çəkdi”, – deyə səfir qeyd edib.

Pərvanə Sultanova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir