Ağıl,yoxsa ürək?
Ağıl deyənlər, ürəyin dedikləri də ağıldan gəlmirmi?Yoxsa elə düşünürsüz ki ürək nəsə danışır və yaxud nələrsə istəyir?
Ürək dediyimiz kiçik bir çəndir ki,onun vasitəsilə bədəndə qan devran edir.Onun yalnız bir funksiyası var,dóyùnmək.Bəs bizim ağılla ürək arasında qaldığımız nəyə əsaslanır?
Əyər ürək döyünən ,bədəni hərəkətə gətirən oraqandirsa biz niyə bütün gizli istəklərimizi arzularımızı onun üstünə yukləyirik.Axi bütün düşüncələrimiz ağıldan gəlir.Gózumuz görür, beynimizə ótùrùr,qulağımız eşidir,beynimizə ótùrùr,əlimiz hiss edir,beynimizə ótùrùr.Biz də buna görə düşünüb qərar veririk .Demək hər nə gəlirsə ağıldan ,beyindən və düşüncədən gəlir.Bir də emosiyalar var.Bu emosiyaların ,hisslərin sayəsində insan sevir,sevinir,kədərlənir, küsür hətta nifrət edir.Demək ağılı çaşdıran onu yolundan edən bizim emosiyalarımiz ,hisslərimizdir.Əyər ağıl ,gözün görüb ,qulağın eşitdiyini analiz edirsə,hisslər başqa şey də deyə bilər.Hissiyatimiz bəzən ağıla güc gəlir.Bəzi insanlar daha çox həssas olurlar.Yalani və doğrunu ağıldan əvvəl hiss edirlər.Agil faktlara əsaslanaraq düşünür hussəlimiz isə ruhumuza baglidir.Ruhumuz nə hiss edirsə biz də o hala dùsùrùk. Əbəs yerə Ruhla düşünən insanlara hal əhli demilər.Nəticə etibarilə insan hər iki halda düşüncələrinin məhsuludur.Bir insandan xoşun gələ bilər.Onun görünüşü ,yüksək mədəniyyəti cəmiyyətdəki mövqeyi sənin ağlında ona rəğbət qazandıra bilər.Bu həmin insanın haqqidir.Amma ona dərin sevgi hisslərin oyana bilməz.Sadəcə ona hörmətin olar.Amma başqa birinin danışığı ,gülüşü,söhbətləri ,intellekti və sənə olan mehriban münasibəti səndə dərin hisslər oyada bilər Sənin özündən asılı olmadan bu insana dərin bağlılığın yaranar.Ona görədir ki,iki sevən aşiqlər bir -birindən küsüb incisələr də uzun müddət bir-birilərini unuda bilmirlər .Çünki ağılla düşünəndə bu insandan uzaq olmaq istəyirlər amma emosiyalar hisslər buna imkan vermir. Ona görə də insanlar bir müddət əziyyət çəkirlər.Ta ki,emosiyaları ,hissləri sakitləşənə qədər.Daha sonra düşüncələr sakit okeanda üzməyə başlayır.
Emosional insanlar , çox vaxt peşmanlıq yaşayırlar. Çünki hirsli ,yüksək affekt vəziyyətində qərar verib nələrsə edəndən sonra bu hərəkətlərinin nə qədər zərərli olduğunu anlayıb peşmanlıq hissləri yaşayırlar .
İnsan təbiəti elə yaranıb ki, ağıl ,düşüncə və hissiyat onun gözəlliyidir,varlığıdır.Bunlarsiz əlbəttə ki,insan insan olmaz. Düşüncəmiz sağlam və gözəl olsa hisslərimiz də bu gözəlliyin nehrinə düşər.Ruhu düşüncəsi gözəl insanlar isə yüksək mədəniyyət ,marifət sahibi olurlar.Gozəl duyğular yaşamaq üçün gözəl düşünmək,xeyirxah olmaq xeyir işlər çox görmək lazımdır.İnsanlarda yaxşı cəhətləri görmək və onları dəyərləndirmək lazımdır.Xoş əhval yaratmaq üçün bir -birimizə şirin söz deməkdə təbəssüm bəxs etməkdə xəsislik etməməliyik.Onda ùrək yoxsa ağıl deməyəcəyik.Hisslərimizin və ağlımızın yaratdığı vəhdətin cənnətiində yaşayacağıq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir