İçərişəhərli ,xeyriyyəçi kişilərdən olmuş Məmmədəli Vahabovun ocağında Əhlibeyt şairi Hacı Elşən Xəzər qonaq oldu. Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbas qızı Hacı Elşən Xəzər Qürbətovu ” İlhamlı Azərbaycan” Layihəsinin qaliblərinə verilmiş döş nişanı ilə təltif etdi. Və eyni zamanda Dövlətə və dövlətçiliyə sadiqliyi ilə fərqlənən şair Qarabağ Azərbaycandır layihəsindəki əsgərlərimizə dəstək olan kliplərinə görə QMİB nın “Qarabağ – Azərbaycan” diplomu ilə də təltif olundu. Bu poeziya məclisində Məhərrəmova Gülnarə ( Qafqaz Media İctimai Birliyin şöbə müdüri ) ,Alışova Zöhrə ( Qafqaz Media İctimai Birliyin üzvü ) Nəcəfova Xatirə (Qafqaz Media İctimai Birliyin üzvü ) , prodüser Hacıaga Qurbanov iştirak etdilər və Hacı Elşən Xəzəri təbrik etdilər. Hacı Elşən və Hacıxanım Azadənin yeni şeirlərini dinlədik, onlara yaradıcılıq uğurları arzu etdik.
MİRDAMƏD ƏZİZOV.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir