HALAL DOLAN

Dilini bal eylə, dilini şəkər,
Dilin dinc olmasa, baş bəla çəkər.
Bilmirsən varlığın harda diz çökər,
Bu dünyayla halal dolan, halal ol.

Başını dik eylə, vüqar sevinsin,
Əhdi-peyman, hər düz ilqar sevinsin.
Gülsün buz ürəklər, bahar sevinsin,
Bu dünyayla halal dolan, halal ol.

Şeytan donlu insanlardan uzaq ol,
Üzündə təbəssüm xoş danış, xoş gül.
Əlindən qoy tutsun doğru, dürüst əl,
Bu dünyayla halal dolan, halal ol.

Dəyirman çarxıdı bu gidi dünya,
Əlinə keçəni üyütdü dünya.
Başdan vahimədi, qorxudu dünya,
Bu dünyayla halal dolan, halal ol.

Fəridə, məqam var haqq da danılır,
Haqsızlar hər yerdə çox-çox anılır.
Bilmirəm ya fələk, bəndə yanılır,
Bu dünyayla halal dolan, halal ol!

Fəridə Ləman

DÜNYAMIZ SALAMAT OLSUN

Allah ,dünyamızı salamat eylə,
Tökülməsin qanlar,ölməsin canlar.
Nə qədər sızlamaq,ah,uflar olar,
Zillətdən qurtarsın bütün insanlar.

Bu qısa həyatda min cür əzab var,
Görmədim bir dəfə hamar yolu mən.
İşim daşdan keçdi,qayadan keçdi,
Boş gördüm tapmadım bircə dolu mən.

Ağrı məskən salıb ürək başımda,
Şirnikib canımdan əlini çəkmir.
Bir elin acısi keçir içimdən,
Hürüyür itlər də dilini kəsmir.

Bir ağıl dünyası axtarıram mən,
Yolundan kənara çıxmasın heç nə.
Dünyamız salamat olsun ömürlük,
Onu özülündən yıxmasın heç nə.

ALLAH SİZLƏRƏ RƏHMƏT ELƏSİN!

ŞƏHİDLƏR

      20 yanvar şəhidlərinə

Açılmayan qönçələrsiz,
Körpə quzutək mələrsiz.
Nə danışar,nə dinərsiz –
ŞƏHİDLƏR!

Dillər laldır,sükut qara,
Ruhlar göyu çəkir dara.
Ürək para,qəlbim yara-
ŞƏHİDLƏR!

Torpaq üstə daşlaşmısız,
İllər keçib,yaşlaşmısız.
Ömrü belə başlamısız-
ŞƏHİDLƏR!

Göydə bulud tala-tala,
Baxmaq olmur məzarlara.
Rəhmət dilərəm sizlərə-
ŞƏHİDLƏR!

Bir nursunuz yolumuzda,
Qüvvəsiniz qolumuzda,
Əzbərsiniz dilimizdə-
ŞƏHİDLƏR!

Vətən oldu amalınız
Çiçək açır əməliniz,
Vətən daşı təməliniz-
ŞƏHİDLƏR!

Baş əyirik qarşınızda,
Qəm ağarıb saçınızda,
Siz tacsınız başımızda-
ŞƏHİDLƏR!..

Fəridə Ləman

HƏLƏ YOLUMUZ VAR ULU GÖYÇƏYƏ

Sevin zirvələrim,sevin dağlarım,
Köksünü üç rəngli bayrağım öpür.
Küləklər öpərək ay, ulduzundan, Özünü sığalla bayrağa bükür.

Tökür oz nurunu göylər üstünə,
Buludlar sevinir zəfərimizə.
Hələ yolumuz var ulu Göycəyə,
Ugurlar diləyin səfərimizə.

Öz qan çanağında boğulur düşmən,
Tapdanan haqqımız qayıdır geri.
Var ol şanlı ordum,baş komandanım,
Çatlasın gavurun məzarı,goru.

Xınalı quzular ,Allah qorusun,
Duamız üstundə, Xudam yar olsun.
Gözu açılmasın qarı düşmənin,
O mənfur yuvası tari-mar olsun.

Fəridənin qanı halaldı yurda,
Qurban kəsiləcək ocaqda,pirdə.
Müjdə göndərmişəm çöldə bozqurda,
Yollar üz alıbdı Turana dogru.

Fəridə Ləman

YOXDUR

Hər yolun üstündə min dayanacaq,
Hanı dünən yanan gur tonqal ,ocaq?!
Eh, milyonlar gəlib,gedib baxacaq,
Onsuz da dünyanın bil sonu yoxdur!

Bir olan Allahdı olanı bilən,
İtəni,batanı,qalanı bilən.
Döngəni,hamarı,dalanı bilən,
Oyaqdı ,yatmağa bir anı yoxdur!

Belə bərqərardı dünya əzəldən,
Əzrayıl qılıncı düşmədi əldən.
De,kimlər keçmədi bu acı yoldan?!
Dünyanın sirrini biləni yoxdur.

Hökmünü göstərir bizə hər zaman,
Gah nalə çəkdirir,gah verir aman.
Yoluna çökdürür çən,çiskin,duman,
Dünyaya gələnin güləni yoxdur!

Torpaq gedib,qeyrət gedib,ar gedib,
İsmət gedib,namus gedib,var gedib.
Bağlanıb qıfıllar açarlar gedib,
Oğru elə gedib görəni yoxdur!

Haqq,ədalət bir olan Birimdədir,
Güc,qüvvət açmadığım sirrimdədir.
Yüklər ağır,şələm də çiynimdədir,
Yerdə yol göstərən pirani yoxdur!

Fəridə Ləman

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir