Cəmiyyətin qeybət mövzusu-“Sevilin intiharı”

Bu gün cəmiyyətimizin yeni qeybət mövzusu var, amma bu sadəcə Sevilin intiharı deyil,artıq cəmiyyətimiz ona səbəb də tapıb !Təəssüf ki, heç kim valideynin günahından danışmır.intihar səslənəndə,xüsusən bunu edən qadın cinsidirsə, ağıla ilk gələn onun əxlaqsız biri olması olur.Cəmiyyətimizin baxışı budur nə demək..Çünki bizdə savadlı olmaq ancaq elm bilik almaqla ölçülür.Fikir savadlılığı,söz azadlığı təbliğ olunmur !! Bunun nəticəsidir ki ,öz sözünü desə də onu anlamayacaqlar deyə bir çox gəncin sözü içində boğulur.Necəki, uzun-qısa, arıq-kök olmaqla insanları fərqləndiririk,eyni zamanda iradəli və iradəsiz olmaqla da fərqləndirməliyik..Öz düşüncəsi olan hər kəs bu cəmiyyətdə sıxılır,yaşamaqda çətinlik çəkir.Sadəcə Sevil iradəsiz olduğu üçün intiharı seçdi.Bu gün onun dalıyca danışanlar kimi güclü olsaydı, o bu gün nəfəs alardı.
Bu gün onun qətlində birbaşa valideynləri,ən əsas da anası günahkardır.Gəlin, cəmiyyət olaraq biz “valideyn idealdır, ana müqəddəsdir” kimi fikirləri əzbərdən səsləndirməyək !! Məktublarda Sevilin atasının onu sıxdığını,”gec gəlsən səni öldürərəm” yazmasıyla bir çoxları yalnız atanın günahkar olduğunu əsaslandırır,amma ailədə qadından çox şey yox,hər şey asılıdır.O ana necə anadır ki ,qızı evə yəni gec gələ bilərdi ?? Ata əgər qızına əzab verirdisə, demək anasına da zülm verir o ana necə anadır ki,özü əzab çəkdiyi halda qızına da zülm çəkdirib ??? Deyək ki ,ana övladlarının xətrinə dözüb o ataya.Heç olmasa qızıyla dərdləşərdi,qızına rəfiqə olardı.Bu gün Sevildə səhv axtarmağa dəyməz.Egər onun səhvi varsa belə,o səhvdə onun valideynləri əsas da anası günahkardır.O dünyaya övlad gətirən hər kəs kimi valideyn olub, amma yaxşı ana olmağı bacarmayıb .!!!!!
Valideyn adı üçün övlad dünyaya gətirməyin !
Övlada qız- oğlan fərqi qoyacaqsızsa dünyaya gətirməyin !
Onun gələcəyini qura bilməyəcəksizsə dünyaya gətirməyin !
Onunla dost ola bilməyəcəksizsə dünyaya gətirməyin !!
Ona yaşıdlarının yanında əksiklik hissi yaşadacaqsızsa dünyaya gətirməyin !

Hörmətli cəmiyyətimiz, bir çay süzüb şokoladla için.şokolad yeyərkən o şirinlikdən zövq alın,öz eyibləriniz haqda düşünün. Danışmazdan öncə isə ağzınızı şirin edin !!!

Şahanə İsgəndərova

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir