QAR ƏLƏNDİ.
Bil sevgi dünyama qar ələndi , qar,
Duyğular buz oldu ,ürəkdə dondu.
Bir həsrət dumanı tutdu yolları ,
Bəxtim bulud təki qaraldı, doldu.
Sanmışdım səmada nur saçan günəş ,
Taley yarsız oldu qaranlıq, zülmət .
Yastıq selə döndü göz yaşlarımla ,
Qaldım tay ağ günə, xoş ana həsrət.
Kəsildim eşq, sevgi imtahanından ,
Təsəlli topladım ,oldum mərd , mətin .
Çınqıl , daşı çəkdim yolumdan kənar ,
Tanrı qüvvət verdi , olmadı çətin.
Bir arzu qalıbdı ürək , qəlbimdə ,
Uca Allah olsun daim dayağım.
Yolumu kəsməsin , nə daş , nə duman ,
Qalxım , hey zirvədən gəlsin sorağım.
25.02.2021
Səbahət Lənkəranlı.