Xocalı faciəsi
Ədalətsizliyin başlandığı gün.

26 02 1992 ci ildə Xocalı soyqırımı törədilib. Bu qanlı faciədə 613 – nəfər dinc Azərbaycanlı sakin qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. Xocalı Faciəsində minlərlə insan faciəvi şəkildə həlak olmuşdur. Yşım az olsa da oxuduğum kitablardan və yaşca məndən böyük olan insanlardan hər birindən Xocalı faciəsi haqqında maraqlanıram və düşünürəm ki biz hər birimiz bu dəhşətli faciəni unutmamalıyıq.Biz onları unutsaq necə olar onların ahı fəryadı?Həmən gün hər yer ağ qar ilə örtülmüşdür. Amma sabah acılanda günahsız körpələrin qanları ilə cansız bədənləri ilə qarın üstü örtülmüşdür. körpələrin üzərində elə dəhşətli faciələr törətmişdilər ki insan düşündükcə dəhşətə gəlir.İnsanların canlı- canlı gözlərin çıxarıblar əllərini ayaqlarını kəsiblər. İnsanların çoxusu bu dəhşətə dözə bilməyib həlak olublar.
Onları məcbur edirdilər ki övladlarının başına açdığları faciyəyə baxsınlar. Baxmayanların gözlərini cıxardıblar.Bu qədər amansızlığ olar? qızlarımızın qadınlarımızın başlarına acmadığları pisliklər qalmayb. Yerləri qazaraq diri diri basdırıblar.Onları silah işlətməsinlər deyə diri diri boçqalara evlərə yığaraq yandırırdılar.Fəryadı ərşə cəkilən bu günahsız insanların dadına çatan olmurdu.Bu bizim hər birimizin qan yaddaşımıza yazıldı. Amma mən inanıram ki indi onların ruhu şadır çünki 44- gün ərzində Ölkə Başçımızın və Əsgərlərimizin görstərdikləri qəhrəmanlıq ürəylərində olan intiqam hissindən xəbər verir. Xocalı faciyəsində olanları yaşayan bələkdə Xocalıdan çıxardılanlar indi tanklarla düşmənin üzərinə yeridilər və bunlar bizim igidlərimiz qəhrəmanlarımız oldular. Qeyd edim ki Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Salyan Rayon Gənclər və İdman İdarəsi 26 02 2021 ci il Xocalı Soyqırımına həsr edilmiş ” Xocalı Harayı” adlı onlayn şeir müsabiqəsi keçirildi.Məndə bu müsabiqədə iştirak etdim.Yazdığım şeirə görə Salyan Rayon Gənclər və İdman İdarəsinin Rəisi Araz Hüseynov tərəfindən diplomla təltif olundum.

Qeyd edimki mənim Xocalı Soyqırımına aid bir neçə şeirlərim var.

Xocalı

Qar yağırdı o gecə
Hücum etdi erməni
Düşündükcə o günü
Yaman qorxudur məni

Ermənilər can atır
Qan töküb öldürməyə
Abır- həya qalmayıb
Saxta don geydirməyə

Xocalıda tökülən
Nahaq qan yerdə qalmaz
Ey erməni kafiri
O torpaq sənin olmaz

Müəllif Emin Bayramlı.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir