XOCALIDA….
Susmuşdu ədalət susmuşdu vicdan.
İnsanlıq olmuşdu xar Xocalıda.
Göydən ağ yağırdı qar..amma yerdə
Olurdu qırmızı qar , Xocalıda..
Daşa dönmüşdülər daş ürəklilər ,
Torpaq ağlayırdı ,daş ağlayırdı.
Sınmış əl ayaqlar ,oyulmuş gözlər ,
Bədəndən ayrılan baş ağlayırdı.
O gecə Xocalı dəhşət içində,
Nəyə şahid oldu…yaşadı nələr.
Neçə arzuların söndü işığı,
Analar bətnində öldü körpələr..
Tarixin ən qara vərəqlərinə ,
Xocalı adında zülm yazıldı.
O gün Xocalıda doğulanların,
Ömrünə qan ,qada ölüm yazıldı..
Arzu Göytürk