Bahar öpüşü

Sən demə boş imiş bütün “afra – tafra”,
əsas könüldəki heykəl,
gözdəki şəkilmiş …
Bunu anladım keçən aylarda,
sən demə yalanmış qışın şaxtası,
yalanmış xəzri küləyi, “həpsi palavra”…
Kimsə pıçıldadı qulağıma,

bahar qapıda,
günəş gözləyir
könülləri isidib,
sönən ocaqları alışdırmağa.
Bənövşə canım,
bir əl gözləyir
günəşə gülümsəməyə kolları qırsın…
Kim dedi ki,
kim dedi ki, mən qorxuram
dərələrdən şaqqıldaya – şaqqıldaya
keçən selin gurultusundan?!
Kim dedi ki, mən qorxuram qayaya çırpılmaqdan?!
Bütün çiçəklər sevir qaya sinəsində bitməyi…
məğrur və əlyetməz!

Aida Adıgözəl
27.02.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir