SƏNİN ÖMRÜN.
Deyirlər ki,ay ana,
Uzadır gülüş ömrü.
İstəyirəm güləsən,
Uzansın sənin ömrün.

Bu dünyada ay ana,
Sənsən eşqim,həvəsim.
Sənsiz donub qalaram,
Bil,kəsilər nəfəsim.

O gümüşü telinə,
Qurban olaram sənin.
Haçandı saçlarıma
Sığal çəkməyir əlin.

Uşaqdım,dəcəl idim,
Səni çox incitmişəm.
Anaların çəkdiyin
Ana olub bilmişəm.

Gözümün nuru anam,
Çeşmədən duru anam.
Sən Allah,xəstələnmə
Özünü qoru,anam.

Deyirlər ki,ay Ana,
Uzadır gülüş ömrü.
İstəyirəm güləsən,
Uzansın sənin ömrün.

(Ruhiyyə Abbaszadə.)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir