Hörüklərin sünbül kimi dənlənib
saçlarına yazmı gəlib beləcə?
Sərçə olub hörüklərə qonaydım
sünbülündən dən alaydım gizlicə.

Sinən üstə uzanan o hörüklər
qoşa çaytək axır-axır dupduru.
Qəzəbi yox, kini yoxdur telinin
elə bil ki, göz nurudur göz nuru.

Hörüıdükcə saçlarının hər teli
ürəyimə öz adını yazmısan.
Qoşa hörük körpü salıb könlümdə
Sən özün də bu körpüdə azmısan.
Atllaz Rzayi

Hamının özüyçün canı sağ olsun
özgəyə yanmağı hər adam bilməz.
Tək bircə sədaya, bircə amana
hər adam hay verib qapıya gəlməz.

Qonşudan, qohumdan qırılar qəlbin
doğma balandan da incik düşərsən.
Hamının vəfasın sənin yerinə
bu həyat yoxlayar sən üzləşərsən.

Borc olan nəfəsin candan çıxınca
həyat adlı daşa çox dəyəcəksən.
Hamının özüyçün canı sağ olsun
deyib haqq qapısın bərk döyəcəksən.

Atlaz Rzayi

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir