Yaz eşqi

Ruhum çırpınaraq çıxdı qəfəsdən,
bir tumurcuq açdı yaz əllərində.
Qaldırıb uçurdum köhnə xəzəli,
bahar təbəssümlü naz yellərində.

Ayağım oynadı, əllərim çaldı,
gözüm gözlərində ilişib qaldı,
aldı ürəyimi – birisi aldı,
keçirdi mizraba, saz tellərində.

Uçuşdu kəpənək, güldü çiçəklər,
arı bal daşıdı, çıxdı böcəklər,
günəşə boylandı sarı çiçəklər,
fəsil də dəyişdi boz çöllərində.

Mahir ovçu imiş, quşu gözündən,
turacı boynundan, ahu dizindən,
şirin dillə atdı toru sözündən,
çaldı sonasını, qaz göllərindən.

Aida Adıgözəl

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir