QƏLƏM.
(Hekayə).

Təqdimat çox gözəl keçdi.Gülnar həsənzadə ömrü boyu arzusunda olduğu ilk kitabının böyük fərəhini yaşayırdı.Tədbir iştirakçılarının ürəkdən gələn xoş sözləri,sürəkli alqışları gənc yazıçıçı Gülnarı xoşbəxt edirdi.
Ədəbi məclisdə tələbə gənclərlə bərabər tanınıb sevilən qələm adamları da iştirak edirdilər.Gülnarın hekayə və şeirləri çap olunmuş ilk kitabı ədəbi mühitdə sanki uğura səbəb olmuşdu.Təbrik dolu çıxışlar bir-birini əvəz etdikcə məclis daha da coşurdu.Gülnar zalda səslənən hər bir çıxışı lap müdriklər sayağı bir təmkinliklə dinləyirdi.Gənc yazar daxilən bərk həyəcanlansa da,bunu biruzə verməməyə,sərbəst olmağa çalışırdı.Onun utancaq nəzərləri nə üçünsə tez-tez yerə sancılaraq qalırdı.Yanaqlarının qızarmasından bilmək olurdu ki,Gülnar tədbirdə deyilən həddən artıq təriflərdən yamanca narahatdır.Gülnar həsənzadənin ədəbi sahədə buracan qazandığı uğurlar onun özününkü idi.Bütün bunları ədəbiyatşünas alim Aslan Kamaloğlu da öz çıxışında dedi.Aslan Kamaloğlu Gülnarın çox yaxın bir gələcəkdə tanınıb-sevilən bir yazar olacağına şübhə etmədiyini deyəndə,hətta zalda oturan bir neçə yazarın bir-birilərinə baxaraq yerlərində qurcandıqları hiss olunurdu.Bu vaxt kitabın redaktoru Murad Abbaslı gözlənilmədən yerindən qalxaraq iştirakçıları Gulnar həsənzadəni başdan-başa tərif yağışına bürüməkdə günahlandırdı.Murad Abbaslının fikrincə onların bu hərəkəti ədəbiyyiata yeni-yeni qədəm qoyan gənc bir yazarı uçuruma itələmək idi.Murad Abbaslı belə deyəndə Aslan Kzmaloğlu onunla qəti razılaşmadı.
Təbrik demək üçün söz qocaman və mötəbər şair olan Qismət Kədərliyə verildi.Qismət Kədərli yerindən ağır-ağır tərpənərək üzünü Gulnara sarı tutub dedi:
-Hörmətli Gulnar xanım,mən digər yoldaşlar kimi tərif üçün sizə heç bir söz söylməyəcəyəm,lakin-deyə Qismət Kədərli pencəyinin qoltuq cibindən təptəzə naxışlı bir qələm çıxardaraq Gülnara yaxıbnlaşdı və qələmi ona uzadaraq əlavə elədi:- Qoy mənim sizə olan təbrikimi bu qələm ifadə etsin.Çunki,Gülnar xanım,yazarı qələmsiz,qələmi isə yazarsız təsəvvür etmək mümkün deyil.Ümid edirəm ki,bağışladığım bu təzə qələm sizin bundan sonra daha da coşqun bir ilhamla yazıb-yaradacağınıza səbəb olacaqdır.
Zalda gurultulu bir alqış qopdu.Qocaman,özü də ustad bir şairdən qələm hədiyyə alan Gulnar həsənzadənin sevinc və iftixar hissindən gözləri yaşardı.
Gulnar arzu etmişdi.Bu dəfə ilhamı coşdumu,yazacağı şeiri məhz Qismət Kədərlinin ona ərməğan etdiyi naxışlı qələmlə yazacaqdı.
Zaman ötdü.Bir gün Gülnar hiss edib duydu ki,onun bütün qəlbi,duyğusu yenə nə isə yazıb-yaratmaq eşqi ilə aşıb-daşır.Qalxıb tez neçə müddətdi yazı dolabında əl vurmadan saxladığı naxışlı qələmi götürdü.O qələmi ki,onu Gülnara tanınmış və qocaman şair olan Qismət Kədərli şəxsən özü bağışlamışdı.Lakin gənc yazar naxışlı qələmi coşqun bir həvəslə ağ kağızın üzərində nə qədər gəzdirsə də qələm yazmadı ki,yazmadı.Gülnar dəftərin onlarca yazılmamış səhifəsini əlindəki qələmlə cızıq-cızıq etdi.Yox,qələm yazmırdı.O,qaşlarını çataraq qələmi açdı.Qələmin içliyinə baxdı.Qələmin içliyində bircə hərflik belə mürəkkəb yox idi.Bunu görən Gülnarı sanki ildırım vurdu.Gənc yazıçıya hər şey indi agah olmağa başladı.Elə bil hər şey bir neçə saat bundan qabaq olmuşdu.
Gülnar əvvəlcə kitabının təqdimetmə mərasimini bütünlüklə yadına saldı.Sonra hardansa onun xəyalında Qismət Kədərlinin ağappaq başı və qocaman siması canlandı.Daha sonra isə Kədərlinin təbriki təkrarən gənc yazarın qulaqlarında səsləndi: “Hörmətli Gülnar xanım,mən digər yoldaşlar kimi təbrik üçün sizə heç bir söz söyləməyəcəyəm.Lakin mənim sizə olan təbrikimi qoy bu qələm ifadə etsin”
Gənc yazıçı Gülnar Həsənzadə əlindəki mürəkkəbsiz qələmi qəzəblə ayaqları altına ataraq əlləri ilə üzünü qapadı.

(Ruhiyyə Abbaszadə)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir