BAHAR NƏFƏSİ.
Gəzdim bağça-bağı,coşdu ilhamım,
Gözəldi gilasın ağ çiçəkləri.
Elə bil özümü Cənnətdə sandım,
Veribdi pay mənə bağ,çiçəkləri.

Gilasla açıbdı qoşa albalı,
Armudla göyəm də ağ bəzənibdir.
Ağ çiçək içində itib gavalı
Yaz gəlib,təbiət təzələnibdir.

Quşlar da sevinir bu təravətə,
Bülbülün nəğməsi tutub hər yanı.
Bahar çiləyibdir nur təbiətə,
Gözəllik bürüyüb Azərbaycanı.

Ürək arzularla döyünür hər an,
Bir körpə tək sanki gülür yarpaqlar.
Atır kədərini,qəmini insan,
Yalnız,yaşamağa səsləyir bahar.

Bahar bəxş edibdir ömrə min həvəs,
Lalələr qızarır düzlərdə,dağda.
Hər yerdə,hər yanda yeni bir nəfəs,
Günəş var,həyat var,həyat,bu çağda.

(Ruhiyyə Abbaszadə)2017.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir