“Qafqaz – Media “İctimai Birliyinin rəhbərliyi kollektivi ilə Birlikdə 21.03 2021 ci ildə Novruz Bayramını şəhid Ailələri və Qazi ailələri ilə birlikdə qeyd etməyi özümüzə borc bildik.Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə-Taleh Abbasqızı özünün təsis etdiyi “Nur üzlü Şəhidim adlı medalını şəhid ailələrinə təqdim etdi. İlk öncə Xutor qəsəbəsi sakini Həsənov Teymur Mahal oğlunun evinə yollandıq.Ailəsi gülərüzlə bizləri qarşıladı . Diqqətimizi ilk öncə çəkən Qəhrəman şəhidimiz üçün ayrılan guşə oldu.Boy boy bəzənən şəkilləri ən ucada dalğalanan bayrağımız ,barıt qoxan Hərbi libası oldu qəhrəman mübariz qorxmaz igidimiz Həsənov Teymur Mahal oğlunun .Ailə üzvləri ilə yaxından tanış olduq . Qəhrəman şəhidimiz 1989 ci il 03.04 Bakı şəhərində hərbiçi ailəsində anadan olmuşdur 1996 cı ildə 153 saylı tam orta məktəbə daxil olub.2006 cı ildə məktəbi bitirdikdən sonra 2007 ci ildə Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademiyasına daxil olur.2011 ci ildə Akademiyanı bitirib.Ailəlidir bir qız və 1bir oğul övladları var.2011-2012 ci ildə Hərbi Xidmətdə olub.
Həsənov Teymur 27 sentyabr 2020 ci ildə başlayan 2 ci Qarabağ müharibəsinə könüllü olaraq cəbhəyə yollanıb Fizuli və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmiş 25 oktyabrda qəhrəmancasına şəhadətə yüksəlmişdir. Övladı Həsənova Xədicə Teymur qızı 5ci sinifdə oxuyur.01.07.2010 Bakı şəhərində anadan olub.Oğlu Həsənov Məmməd Teymur oğlu 30 .03.2014 cu ildə Bakı şəhərində anadan olub Xəstəliyi ilə əlaqədar təhsilini davam etdirə bilmir müalicə alır.Atası Həsənov Mahal Məmməd oğlu18.11.1960cı ildə Qərbi Azərbaycanda dünyaya göz açıb.1 ci Qarabağ müharibəsi iştirakçısıdır N.702 Fizuli istiqamətində döyüşüb.Ehtiyatda olan təqaüdçü qazidir.Böyrək çatışmazlığından və ürək işemiyasından əziyyət çəkir .Anası Həsənova Qüdrət Batım qızı05.09.1969 cu ildə Qərbi Azərbaycanda dünyaya göz açıb Evdar qadındır .Asma, Xroniki Bronxial Asma xəstəliyindən əziyyət çəkir. Allah şəfanızı versin.

PS: Qafqaz Media İctimai Birliyinin kollektivi Məmmədəli Vahabov,Elza Fateh, Azərbaycan Universitetinin doktorantı Leyla Məmmədəliyevaya Şəhid və Qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürümüzü bildiririk.

Elza Fateh

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir