“Qafqaz-Media ”İctimai Birliyinin kollektivi Nur üzlü şəhidlərimizi cənnətdəki ilk bayramlarınız mübarək deyib İB-in təsis etdiyi eyni adlı medallarla təltif edərək ruhlarına fatihə oxudular.Yevlaxın “Qoyunbinəsi “kəndində 24 yaşlı Şəhid Abışov Fərid Əlfaim oğlunun və “Malbinəsi”kəndində 27 yaşlı,iki uşaq atası Bahadurzadə Vüqar Əbülfət oğlunun ailələrini ziyarət etməyi özümüzə borc bildik.
Rahat yatın Şəhidlər.
Ruhlarınız qarşısında bir elqızınız kimi baş əyirəm.

                 

ŞƏHİDİM MƏNİM”

Vətən arxasında dağ kimi durdun,
Düşmənə ən ağır zərbəni vurdun.
Adınla ucaldı Müzəffər Ordum,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

Vətən harayladı, yetdin hayına,
Qoymadın düşməni gözdən yayına.
Vuruşdun, şəhidlik düşdü payına,
Yerin zirvələrdir, igidim mənim,
Xalqımın qüruru, şəhidim mənim!

Sevimli bəndəsi sənsən- Allahın,
Səninlə nurlanır gələn sabahım.
Qisasın alındı, sevinsin ruhun,
Var ol, qəhrəmanım, Fəridim mənim!
Xalqımın qüruru, Şəhidim mənim !

19.11.2020

Ziba Sevindik
Və sədrimiz xeyriyyəçi Azadə xanıma,Hacı qardaşımıza İB-in müavini Elza Fatehə təşəkürümü bildirirəm.

Ziba Sevindik
xanəndə,şairə
QMİB-nin mədəniyyət şöbəsinin müdiri.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir