SON BORCUMUZ
İgid şəhidimiz Orxan Namazovun əziz xatirəsinə

Dünən varkən, bu gün yoxsan.
Düşmən sinəsinə oxsan.
Bir deyilsən, milyon, çoxsan.
Ruhun göydə süzür indi.

Kaş güllə səndən sovuşa,
Ruhun Tanrıya qovuşar.
Son məkanın Suqovuşan,
Sularda gül üzür indi.

Zəfər üçün alışdın sən,
Dostlarına qarışdın sən.
Haqq yolunda vuruşdun sən,
Əsgər idin, gizir idin.

Qaraya boyanıb ağ da,
Şəhid oldun cavan çağda.
Vuruşduğun Murovdağda,
Azad ruhun gəzir indi.

Analar öncə ağlasın,
Həsrəti qönçə dağlasın.
İstərdi xonça bağlasın,
Qəbrinə gül düzür indi.

Unutmadın Xocalını,
Dedin belə öc alını.
Görəmmədin medalını,
Əbədi tap hüzur indi.

Dayın sevələrdi boyun,
Gözləyərdi olsun toyun.
Bürüyübdür Goranboyu,
Bir lal sükut, hüzn indi.

Şəhidliyinə qıymazdın,
Evlini önə qoymazdın.
Kimsəyə məğlub olmazdın,
Yerə gəldi dizin indi.

Dərdlidir Nailə anan,
Yoxluğuna daim yanan.
Şəhid oldun, igid Orxan,
Itməyəcək izin indi.

Sevgi insana dayaqdır,
Ömür yoluna mayakdır.
Hardasa bir qız oyaqdır,
Gecələr çox uzun indi.

Mərmərdəndir qəbir daşın,
Ağladırsan dost, yoldaşı.
Sənin Əlixan qardaşın,
Dayanıb lal,məhzun indi.

Vətən sənə verdi əmək,
Dar gündə istədi kömək.
Allahdan rəhmət diləmək,
Son borcumuz bizim indi.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir