Uzun illərdi ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Qafqaz Media İctimai Birliyinin Sədri Hacı Azadə Teleh Abbasqızı, humanizim prinsiplərini əsas tutaraq, həmişə imkansız ailələrə, eyni zamanda, şəhid və qazi ailələrinə öz maddi dəstəyini heç vaxt əsirgəməmişdir.
44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizi, həmçinin, vətən uğrunda döyüşlərdə ağır yaralanan qazilərimizi dəyərləndirmək, Azadə xanımın vətənpərvər, əsil Azərbaycan xanımı olmağından xəbər verir.
23 Mart 2021-ci il tarixində Azadə xanımla Beyləqan və Yevlax rayonlarına səfərimiz, şəhid və qazi ailələrinin sevincinə səbəb oldu.
Heç bir dövlət qurumundan maddi dəstək almayan Hacı Azadə xanım, öz şəxsi vəsaiti hesabına şəhid, qazi ailələrinə humanitar yardım göstərir.
Beyləqan və Yevlax rayonlarında olduğumuz zaman, şəhid Abışov Fərid Əlfayım oğlunun,Elvin İsmayılov Tələt oğlunun, Bahadurzadə Vüqar Əbülfət oğlunun, ailəsinə ,,Nur Üzlü Şəhidim” medalı, qazimiz Şirinov Məhəmməd Asif oğluna isə ,,Xarı Bülbül” medalları təqdim olundu.
Özünün şəkər xəstəliyi və digər xəstəliklərdən əziyyət çəkməsinə, cavan oğlunun, həyat yoldaşının vəfat etməsinə, qayğılar içində yaşamasına baxmayaraq, Hacı Azadə xanım öz xeyirxahlığından yenə də əl çəkmir.
Nə qədər ömrü var, Allahın ona verdiyi bu ömrü, ancaq xeyriyyə işlərinə sərf edəcəyini bildirir.
Mən də bir həmkar olaraq, göstərdyi xeyirxahlığa görə, QMİB-nin Sədri
Hacı Azadə xanıma, sədr müavini xanım Elza Fatehə, öz dərin təşəkkürümü bildirib, ona uzun ömür, cansağlığı , gələcək iş fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!

Ziba Sevindik
Xanəndə-Şairə,
QMİB-nin Mədəniyyət Şöbəsinin müdiri.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir