ƏSLİ VƏ KƏRƏM”DƏ MASON İZLƏRİ

Bildiyimiz kimi, “Yanıq Kərəmi” saz havasıdır, özü də “Segah” muğamının ladında çalınır. Bu

hava məhz saz musiqi alətində çalınarkən, daha gözəl səslənir. Bu havanı sonradan ritmə salaraq

rəqs havasına oxşadıblar. Bu havanı toylarda sifariş verib “şıdırğı” rəqs edən adamlara demək

istərdim ki, bu hava oynamaq üçün deyil, düşünmək üçündür.

“Əsli və Kərəm” dastanı sevgi-məhəbbət dastanı da deyil. Bu dastan da başqa dastanlarımız kimi

özündə bir çox ilahi sirləri gizlədib. Dastanın mənasını başa düşən insan bu havaya heç vaxt qol

qaldırıb oynamaz. Əksinə oturub ağlayar. Çünki “Əsli və Kərəm” dastanı bizim xalqımızın faciəli

tarixini özündə əks etdirir. Bu adi əhvalat deyil, dastandakı bütün personajlar rəmzlərdir. Çünki

məlum səbəblər üzündən aşiqlərimiz həqiqətləri rəmzlər içərisində gizlətməyə məcbur qalmışdılar.

Əsli – bizim Odər (Azər) türk xalqının əsli soyudur. Kərəm isə Kərim-Odərim, bizim xalqımızdır.

Qara keşiş isə türk xalqını sevməyən, ona əbədi düşmən kəsilən masonlardır. Kərəmin dostu Safı

isə Saf Ağ elmidir. Odər xalqının (Kərəmin) yaşamaq eşqini artıran, ona daima yol göstərən

Allahın həqiqətlərini öyrədən bir elmdir. Qara keşiş Əslimizi, kökümüzü bizdən ayırmaq üçün

əlindən gələni edir. Bunun üçün neçə əsrlərdir ki, iş gedir. Nəticəsi də göz qabağındadır.

Ermənilərin ərazilərimizə yerləşdirilməsi, yunanların, fransızların, rusların türk xalqına və

torpaqlarına təcavüzü, silahla bacarmadıqlarını incə siyasətlə həyata keçirməkləri, hamısı bizim

xalqımızı öz həqiqətlərindən ayırmaq üçündür. Vaxtilə Yer üzünün sahibi olan, indi isə

parçalanmış, cahilləşmiş odərlər özündən, tarixindən, keçmişindən xəbər tutsa, nə olar onda

görəsən? Bax, bundan qorxurlar düşmənlərimiz. Ona görə də qara keşiş Kərəmə dar köynək

geyindirib, köynəyin bəndlərini də tilsimə salıb. Bu dar köynək bizim vətənimizin rəmzidir. Böyük,

möhtəşəm Bağday ərazisində yaşayan Odər xalqını sıxışdırıb bənd-bənd ayırıb dar bir əraziyə

salıblar. Bu dar ərazimzi də bizə çox görürlər. Köynəyin hansı bəndini açsan yanacaqsan.

Vətənimizin hansı həqiqətlərini söyləyə bilərik ki, xalqımızın əsl adını da, böyük kainatın bir

hissəsi olduğumuzu da danırlar. Böyük Saf Ağ elminin bu qədər biliciləri olan xalqı tamamən yer

üzündən silmək istəyiblər. Əslinə qovuşa bilməyən Kərəm yanır, haray çəkir, biz isə qol qaldırıb

oynayırıq.

Heç bu dastanın mənasını bilməyəndə də bu havaya oynamağı özümə günah bilirdim. Kərəmin öz

Əslisinə, öz sevgisinə qovuşmaması, onu belə faciəli surətdə ölməyi mənə yaman təsir edirdi. Hələ

onların qəbirlərinin arasında bitən qara tikan kolu. Qara keşişin qəbrindən çıxan bu tikan kolu hələ

də aramızdadır. Qara keşiş bizdən əl çəkmir. Bu dastanın mənasını anlayan hər kəs qoy desin ki, –

Gəlin oynamayaq “Yanıq Kərəmi”.
Təranə Nuri

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir