SEVİNC ARZULU

TÜRKİYƏ SÜLHÜN
DAYAĞIDIR

Bir millətik-iki dövlət,
Azərbaycan-Türkiyə.Əvət.
Oz adımız, sanımız var,
Şöhrətimiz, şanımız var.
Babalarım Türk oğludur,
Doğma yurda çox bağlıdır.
Qoca tarix zaman-zaman,
Bizi edib çox imtahan.
Yaşar igid ərənlərim,
Vətən üçün canlarını verənlərim.
Yüz iki il bundan əvvəl,
Erməni-rus əsgərləri sanki gur sel.
Vətənimi işğal etmək istəyirdilər,
Vurmaq istəyirdilər
Hər bir “Türkəm” deyəni,
Sinəsinə döyəni.

Əliyalın xalqıma atəş də açdılar, bax.
Neçə-neçə evlərə od-alov saçdılar, bax.
Məhv eləmək istədilər millətimi,
Kim duydu ki zillətimi
Atatürkdən savayı.
O adil el oğlundan,
Şanlı türkdən savayı.
Qırıldı insanlar güllədən, mərmidən,
Görməyən nə anlar hərbidən.
Bu amansız davada,
Bu zamansız davada
biz tək- tənha qalmışdıq,
Yolumuzu indiki,
ağrıların dindiyi
Xiyabandan salmışdıq.

Bu amansız vuruşlar,
Bu zamansız yürüşlər
Kürdəmirdən yan keçmədi.
O daşnak bolşeviklər,
Əliqanlı çeviklər
Uşağı böyükdən,
Qadını kişidən seçmədi.
Nə bilir aman verməyi,
erməni xislətli heyvanlar.
Həqiqətin üzünə dik baxmağı
Bacarmayır ki onlar.

Anaların göz yaşları qanla dolu,
Torpağımız qıpqırmızı,
əhid-şəhid canla dolu.
Insafı oyandırmağa,
Qırğını dayandırmağa,
Çalışsa da Səlim bəylər.
Bu qoşunun qarşısında
kiçiçik bir dəstə neylər?

Çox çətin olmuşdu yaşam.
Əsgərləri döndü yelə.
Gəldi öz qoşunu ilə,
Komandanım Nuri paşam.
Kömək etsin millətinə,
Son qoyulsun zillətinə.
Neçəmizi xilas etdi,
Günümüzü, gecəmizi xilas etdi.

Neçə igid ərənlərim
Sinəsəsini al güllənin qarşısına
Verənlərim şəhid oldu.
Zaman buna şahid oldu.

Üstündən keçsə də
Neçə-neçə aylar , illər.
Unutmaz ki o günləri
Indiki gənc nəsillər…

Erməni soyqırımı olmayıb heç vaxt,
Türkləri soyqırım ediblər heyhat.
Torpağmda neçə şəhid məzarı,
Tez-tez düşür o yerlərə güzarım.
Nə yorulur, nə doyuram,
Məzar üstə gül qoyuram.

Yenə hərb libası geyir,
Yenə dünya dava deyir.
Dağılsa da qan udduran Taliban,
Yerin başqa terroristlər alıb, aman.
Dünya, bir anlığa ayılıb eşit,
Əzrail cildinə girmişdir İŞİD.
Hər yerdə qırırlar müsəlmanları,
Kimsə önəmsəmir bu insanları.
Türklər hərbi pisləyir,
Türkiyə sülh istəyir.
Bomba yağır Livana, Suriyaya
Terroristlər yenə meydan oxuyur bu dünyaya.
Yer titrəyir mərmilərin səsindən,
Qan püskürür toprağın nəfəsindən.
Neçə-neçə türk əsgəri bu hərbdə qurban getdi,
Quşa dönən ruhları uçub cənnətə yetdi.

Deyən zaman can üstədi,
Neçə insan can istədi Allahından,
Səmanı duman aldı bunca insan ahından.
Çox dövlətlər rəhm nədir, bilməyirlər,
Qaçqınların göz yaşını silməyirlər.
Turkiyəmiz qaçqınlara açıb qucaq,
Verib neçə milyonlara isti yuva, isti bucaq.

Bəzi qonşu “dost” ölkələr,
Terrora dəstək verib yer üzünü silkələr.
Kürdlər İraqda Kürdüstan yapmaq istəyirlər,
Kərkükdə özlərinə Vətən tapmaq istəyirlər.
Kərkük türkmənlərindir,
Özünə Türk deyənlərindir.
Dağıtmayın isti yurdu-yuvanı,
Olacaqdır ədalətin divanı.
Nahaq qanlar tökülür,
Sülhün himi sökülür.
Daha bəsdir bu dava,
Barıt qoxulu hava.

Bizim də dağ boyda “Qarabağ” dərdimiz vardı,
Heyf, bəzi ölkələr Ermənistana yardı.
BMT versə də lehinə neçə qərar,
Sülhün əleyhinə çıxdılar onlar.
Neçə il gəldi-getdi ATƏT,
Erməniyə Çəx deməyə etmədi cürət.

Kağızın üstündə qaldı hamısı,
Çünki erməninin vardı hamisi.
Adların çəkməyim, saysam çox olar,
InşaAllah, dərdimiz bir gün yox olar.
Bizim də hamimiz can Türkiyədir,
Bütün Türk elinə dostdur, yiyədir.
Saxlayar hər yerdə tərəfimizi,
Qoruyaq birlikdə şərəfimizi.

Döyüş əmri verdi Ali Komandan,
Daim köməyimiz oldu yaradan.

Alqış.Torpaqlarım geri alındı,
Qarabağda zəfər marşı çalındı.
Heç əskik olmadı ki anaların duası,
Erməniyə toy tutdu Türkiyənin PUA-sı,
Ana vətən uğrunda neçə şəhidim getdi,
Düşməni məğlub edən min-min igidim getdi.

İndi azad olub Külli- Qarabağ,
Sevincdən, fərəhdən əhvalımız çağ.
Əsirgəmərik uğrunuzda can,
Əbədi yaşasın Türkiyə-Azərbaycan.

Türklər sülhsevərdir, şahiddir zaman,
Yaşayaq dünyada biz əmin-aman.
Başımızın üstündə uca, qadir yaradan
Millətin lideridir Receb Tayyıb Erdoğan.
SON

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir