ŞƏHİDİM MƏKANIN CƏNNƏT OLSUN.

Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002; Quba, Azərbaycan — 29 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.


Miqdad Faiq oğlu Abduləlimov
Şəxsi məlumatlar
Doğum tarixi
23 mart 2002
Doğum yeri
Quba, Azərbaycan
Vəfat tarixi
29 oktyabr 2020 (18 yaşında)
Vəfat yeri
Tərtər, Azərbaycan
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Atası
Faiq Abduləlimov
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü
Azərbaycan Quru Qoşunları
Xidmət illəri
2020
Rütbə
Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri.
Döyüşlər
Vətən müharibəsi
• Suqovuşan döyüşləri
Təltifləri
“Vətən uğrunda” medalı — 2020 “Laçının azad olunmasına görə” medalı — 2020
Həyatı və hərbi xidməti
Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra 4 aprel 2020-ci ildə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Təltifləri:

“Vətən uğrunda” medalı (ölümündən sonra)
“Laçının azad olunmasına görə” medalı (ölümündən sonra)

Qubada səfərdə olan QMİB-nin kollektivi şəhidimizin ata yurdunda oldular,anası Tünzalə xanımı və atası Faiq qardaşı “Xarıbülbül”döş nişanı və medalı ilə təltif edən İB-in sədri,Prezident təqaüdçüsü ,şairə Hacı Azadə-Taleh Abbasqızı şəhidlərimizin valideynlərinə Səbr dilədi.İB-in üzvləri Camafər Əliyeva,Elza Fateh də tədbirimizdə iştirak edirdilər
Nur Üzlü Şəhidlərimiz Məkanınız Cənnət olsun.

Şakir Abbas
QMİB-nin şöbə müdiri

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir