SƏNİ SEVMƏK

Ləpələrin sahilinə ,
qaranəfəs qaçmasıymış səni sevmək….
Qızılgülün qaranlıqda açmasıymış səni sevmək…
Yüz illərlə susuz qalan, cadar- cadar olmuş arxın
suyla dolub, daşmasıymış səni sevmək…
Göy üzünün dolub- dolub,
Hönkür- hönkür yağmasıymış səni sevmək…
Kor adamın bu dünyaya
əlləriylə baxmasıymış səni sevmək…
Sənə həsrət dodaqların
aynalarla öpüşüymüş səni sevmək…
Ayla günün, sübh çagında
görüşüymüş səni sevmək…
Son ümidin qığılcım tək pərvanəni
yaxmasıymış səni sevmək…
Həsrətimin vüsal adlı
sancısıymış səni sevmək…
Harda kiçik ağrı olsa,
qaçıb məni tapmasıymış səni sevmək…
Gecələri gözlərimin yuxusunun
gəlib sənin kirpiyində yatmasıymış səni sevmək…
Barmağımın şeir yazıb,
öz başını qatmasıymış səni sevmək…
Ehhh, içimdə öz- özümdən qaçmagımmış səni sevmək…
Hər dəfə də itirəndə “məni” səndə tapmağımmış səni sevmək…
Uzaqdan e, lap uzaqdan səni sevmək istəməkmiş
SƏNİ SEVMƏK…
Səni sevmək istəmirəm…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir