Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

İyn 9, 2026 - 19:22
 0  7
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəyə start verir.

Mərkəzdən YAZİCİ.AZ-a bildirilib ki, layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliği və bu sahədə maarifləndirmə səviyyəsinin artırılmasına dəstək göstərməkdir.

Layihə üzrə ilk seminar iyunun 11-də saat 14:00-da Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə keçiriləcək.

Seminara giriş sərbəstdir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0