Abdulla Şaiqin 145 illiyi Yazıçılar Birliyində qeyd edilib

Apr 30, 2026 - 12:14
 0  4
Abdulla Şaiqin 145 illiyi Yazıçılar Birliyində qeyd edilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir olub.

AYB-dən YAZİCİ.AZ-a bildirilib ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil və digərləri yazıçının çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən - ədəbiyyatşünas-alim kimi fəaliyyətindən bəhs ediblər.

Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər xanım Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Tədbir bədii hissə ilə davam edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0