Elçin Məhərrəm - Kip dodaqlı suvenir

Sen 4, 2026 - 15:36
Sen 4, 2026 - 15:43
 0  47
Elçin Məhərrəm - Kip dodaqlı suvenir

Yazici.az ədəbiyyat portalı Elçin Məhərrəmin yeni şeirlərini təqdim edir. 

Rənglərdən o tərəfə

 

Xoşbəxtlik -

bir təlxəyin söyüşsüz keçən günü.

 

Həmişə

rəngarəng olmurmuş şarlar.

 

Qapqara parçalar

yellənir bəzən

azadlıq bayrağıtək

darvazaların başında.

 

Onda bilirsən ki,

həyatın qara rəngi var.

 

Onda bilirsən ki,

qara gün dördnala qovur

ağ günləri.

 

"Qara yara" qarğışı

eşidilir qırmızı dodaqlardan.

 

Və qara yuvaya çevrilir

girdiyin hər daxma,

hər mənzil, hər saray…

 

Kip dodaqlı suvenir

 

Vitrindən

boylanan suvenirtək

xatirələr boylanır

“Yad daş” ımın

künc-bucağından.

 

Qəbul et ki,

nəfəs almaq

dünənin ciyərinə düşmür.

Daha çırpınmır ürəklər

sabahlara,

qollar qucaqlayır günahları

mismarlı əlləriylə.

Və sırsıralar deşir

bəbəksiz gözləri

yayın cırhacırında.

 

Üzü küçəyə

qışqırmaq istəyirəm

bu gün :

Varmı bir heykəltəraş

kip dodağını yarsın

bu suvenirin ?!

 

Hanı dilim?!

Mən danışmaq istəyirəm…

 

İş saatı

 

Pivəxanada

başını boş

masaya

söykəyib mürgü vuran

ağbirçək qadın,

evindəki şorba

neçə saatdır soyuyub?!

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 1
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 1
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru