Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

Sen 17, 2026 - 11:23
 0  1
Şəkidə Beynəlxalq Teatr Festivalı keçiriləcək

Oktyabrın 1-dən 5-dək V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Yazici.az xəbər verir ki, Şəki Dövlət Dram Teatrında mütəmadi olaraq keçirilən beynəlxalq teatr festivallarının əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də əməkdaşlıq memorandumları və müqavilələrin imzalanmasıdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək V Şəki Beynəlxalq Teatr Festivalında ölkə teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistanİranın teatr kollektivləri də iştirak edəcəklər.

Qeyd edək ki, festival çərçivəsində təqdim olunacaq tamaşaların teatrsevərlərə müxtəlif ölkələrin səhnə sənəti və yaradıcılıq ənənələri ilə tanış olmaq imkanı yaradacağı gözlənilir.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru