Ankarada azərbaycanlı rəssamların sərgisi açılıb

Apr 8, 2026 - 15:55
Apr 8, 2026 - 15:57
 0  6
Ankarada azərbaycanlı rəssamların sərgisi açılıb

Ankarada azərbaycanlı rəssamların "Suverenliyimizi qazandıran şanlı zəfər" adlı rəsm sərgisi təşkil olunub.

YAZİCİ.AZ xəbər verir ki, sərgi Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi ilə Ankara Rəsm və Heykəllər Muzeyinin birgə layihəsi çərçivəsində baş tutub.

Açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Gözəl Sənətlər Baş İdarəsinin rəhbəri Ömer Faruk Belviranlı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, İYİ Partiya millət vəkili Ayyüce Türkeş, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, səfirliyin müşaviri Füzuli Məcidli, diplomatlar, eləcə də mədəniyyət, incəsənət xadimləri, rəssamlar, Türkiyədə yaşayan azərbaycanlılar və sənətsevərlər iştirak ediblər.

Zəfərimizə ithaf edilmiş sərgidə Türk dünyasının böyük şəxsiyyətləri, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin rəsmləri, habelə Azərbaycan, Vətən sevgisi, milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, Qarabağ, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda rəsmlər nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər 2025-ci ildə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin 5 illiyi münasibətilə elan etdiyi müsabiqə çərçivəsində seçilib. Türkiyənin müxtəlif şəhərlərindən təqdim olunan çoxsaylı əsərlər arasından Təşkilat Komitəsi tərəfindən 44 rəsm əsəri seçilib və Ankara Rəsm və Heykəllər Muzeyinə gətirilərək nümayiş etdirilir.

Aprelin 16-dək Ankara Rəsm və Heykəllər Muzeyində nümayiş olunacaq sərginin Ankara ilə yanaşı, Türkiyənin digər böyük şəhərlərində də təşkili, habelə seçilmiş dəyərli əsərlərin Azərbaycan və Türkiyədə muzeylərinə daimi eksponat kimi hədiyyə olunması nəzərdə tutulur.











Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0