Elçinin pyesi Koreya səhnəsində..

Apr 2, 2026 - 16:19
İyl 3, 2026 - 21:16
 0  15
Elçinin pyesi Koreya səhnəsində..

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında Cənubi Koreyada hazırlanan məşhur “Gecəyarısı: aktyor-musiqiçi” musiqili tamaşası bu ölkədə yenidən səhnəyə qoyulacaq.

YAZİCİ.AZ xəbər verir ki, koreyalı aktyorlar və musiqiçilər tərəfindən reallaşdırılacaq tamaşa Seul şəhərində aprelin 8-dən gələn ilin fevralınadək bir neçə dəfə nümayiş olunacaq.

Bununla yanaşı, tamaşaya dair məlumat Cənubi Koreyanın “Dailian”, “New Daily” və digər media orqanlarında işıqlandırılıb.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan “Gecəyarısı: aktyor-musiqiçi” tamaşası ilk dəfə 2017-ci ildə Seulda nümayiş olunub.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru