Nihat Pirin ilk kitabının təqdimatı keçirildi
Yazıçı Nihat Pirin "MİRAJ" adlı ilk hekayələr kitabının təqdimatı olub.
YAZİCİ.AZ xəbər verir ki, mərasimdə ədəbi-ictimai xadimlər, müəllifin qələm dostları və media mənsubları iştirak ediblər.
Mətbuat Şurasının sədri, şair Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli, digər ədiblər; Qəşəm Nəcəfzadə, İlham Əziz, Nadir Yalçın çıxış edərək müəllifin ilk kitabı barədə təəssüratlarını bölüşüblər.
Çıxışlarından sonra müəllif oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, "Çardaq" nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı Həmid Piriyev, korrektoru Arifə Kərimzadə, rəssamı Aynur Aydın, dizayneri isə Vüsal Abdullazadədir.
Kitab gələn həftədən mağazalarda satışda olacaq.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0