Rasim Balayev vəfat etdi
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
Yazıçı Ədəbiyyat Portalı Bakupost.az-a istinadən xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.
Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0