"Söz odası" jurnalının ilk sayı çap olundu
Tanınmış şair Elşən Əzimin baş redaktorluğu ilə nəşr olunan “Söz odası” jurnalının ilk sayı çapdan çıxıb. Yeni ədəbi-mədəni nəşr müasir ədəbiyyatın, poeziyanın və publisistikanın inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.
YAZİCİ.AZ xəbər verir ki, jurnalın ilk sayında müxtəlif mövzularda ədəbi yazılar, şeirlər, esselər və mədəniyyət sahəsinə dair maraqlı materiallar yer alıb. “Söz odası”nın yaradıcı heyəti oxuculara fərqli və keyfiyyətli məzmun təqdim etməyi hədəflədiklərini bildiriblər.
Qeyd edək ki, nəşrin baş redaktoru olan Elşən Əzim Azərbaycan ədəbi mühitində seçilən imzalardandır.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0