Türkiyədə Azərbaycan mətbuatı haqqında məlumat yayımlanıb
Türkiyənin nüfuzlu "Güftə ədəbiyyat" dərgisinin may ayı buraxılışında Azərbaycan mətbuatı haqqında ümumi məlumat verilib.
YAZİCİ.AZ xəbər verir ki, mətbuatımızın yaranmasından, vaxtilə nəşr edilən jurnallardan, onların inkişaf yolundan bəhs edən məlumatı “Güftə ədəbiyyat”a Azərbaycandan yazıçı, publisist Pərvanə Bayramqızı təqdim edir.
Araşdırmaçı alimlərin məqalələrindən, müxtəlif internet resurslarından toplanan informasiya jurnalda mənbəyi göstərilərək dərc edilir.
Xatırladaq ki, dərgidə yaradıcılığına mütəmadi yer ayrılan P.Bayramqızının bundan əvvəl də “Güftə ədəbiyyat”ın mart sayında verilən ədəbi nümunələr haqqında resenziyası dərc edilmişdi.
Qeyd edək ki, “Güftə ədəbiyyat”ı 2022-ci ildə türk dili və ədəbiyyatı müəllimi, yazıçı Ayşə Ay təsis edib. Ədəbiyyatı, mədəniyyəti əhatə edən dərginin redaktoru isə hekayələr ustası Vəli Aydır. O, qardaş ölkələrlə ədəbi-mədəni əlaqə çərçivəsində bütün türk dünyasının qələm adamları ilə əlaqə saxlayaraq dərginin səhifələrində onların yaradıcılığına yer ayırır.
Sizin reaksiyanız nədir?
Bəyən
1
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0