Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

Apr 25, 2026 - 11:50
 0  8
Xocalı həqiqətləri Malta İncəsənət Biennalesində

2026-cı ilin ən mühüm mədəniyyət tədbirlərindən biri olan Malta İncəsənət Biennalesi çərçivəsində dünya şöhrətli fotojurnalist Reza Deqati Azərbaycanın Xocalı faciəsi və Qarabağ həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırıb.

YAZİCİ.AZ xəbər verir ki, Reza Deqatinin "Qadınlar, zəriflik mübarizənin fövqündə" sərgisi və Xocalıdan olan Qaratelin portreti Biennale çərçivəsində əlamətdar hadisələrdən biri kimi yadda qalıb.

Reza Deqati sərgi çərçivəsində 5 maltalı fotoqrafı da seçərək onları auditoriyaya təqdim edib.

Qeyd edək ki, Malta Prezidenti Miriam Spiteri Debono Deqatinin özünün iştirakı ilə sərgini ziyarət edib və bildirib: “Reza, sənətkar və fotojurnalist kimi, həyatını dünyanın müxtəlif yerlərində bəşər hekayələrini sənədləşdirməyə həsr edib”.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0