Yazıçı Yusif Şükürlü vəfat edib
Şəki ədəbi mühitinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Yusif Şükürlü 78 yaşında vəfat edib.
YAZİCİ.AZ xəbər verir ki, Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Yetti" elmi-fantastik povestin, "Çəhrayı gödəkcə" kitabının müəllifidir.
Qeyd edək ki, Yusif Şükürlü 2014-cü ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzində məsul vəzifə tuturdu. O, həm də ADPU Şəki filialının “Təbiət elmləri və tədris metodikası” kafedrasının dosenti vəzifəsində çalışırdı.
Xatırladaq ki, 05 noyabr 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi adından dərin hüznlə baş sağlığı verir, yaxınlarına, əzizlərinə səbr diləyirik.
Allah rəhmət eləsin.
Sizin reaksiyanız nədir?
Bəyən
0
Bəyənmədim
0
Sevgi
0
Əyləncəli
0
Əsəbi
0
Kədərli
0
Vay
0