Yevtuşenkonun "Heminquey" şeiri

Apr 27, 2026 - 00:29
Sen 22, 2026 - 10:45
 0  18
Yevtuşenkonun "Heminquey" şeiri

Yazıçı Ədəbiyyat Portalı Yevgeni Yevtuşenkonun Ernest Heminqueyə yazdığı şeiri Səyavuş Məmmədzadənin tərcüməsində təqdim edir.

Hava limanında pivə içirdik,

Vaxtımız var idi, şərait əla.

Gözləmə salonu turistlə dolu

Əcnəbi bir qoca göründü birdən,

Əynində papaqlı, yaşıl gödəkcə,

Sifəti codlaşıb sərt küləklərdən

İri addımlarla kütləni yardı,

Saqqalı üzündə elə bil qardı.

Sanki izdihamı o şumlayırdı

Beləcə yanaşdı o, satıcıya,

"Nu, - dedi, - mənə bir rus arağı...

Satıcı heyrətlə süzdü qonağı:

 Əlləri iridi, dərisi çat-çat

İri ayaqları patavalıdı

"Necə də oxşayır Heminqueyə" -

Bu sözü astadan bir dostum dedi.

Qonaqsa bir anda gözlərdən itdi.

Sonra eşitdim ki, dostum düz demiş-

O patavalı qoca Heminqueymiş...

525.az

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru