Əli bəy Hüseynzadə: Yurd qayğısı - "Əlyazma" rubrikası

May 7, 2026 - 18:45
May 7, 2026 - 18:49
 0  4
Əli bəy Hüseynzadə: Yurd qayğısı - "Əlyazma" rubrikası

Yazıçı Ədəbiyyat Portalı Nəriman Əbdülrəhmanlının təqdimatında "Əlyazma" rubrikasında böyük ədib Əli bəy Hüseynzadənin "Yurd qayğısı" şeirini təqdim edir.

Ucundadır dilimin

Həqiqətin əzəmi.

Nə qoydular söyləyim,

Nə kəsdilər dilimi!

 

Bilirmisən cahillər

Nə etdilər vatana?

Nə qoydular uyusun,

Nə qoydular oyana.

 

Böylə durmaq uyuşuq,

Rəvamı bir diriyə!?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

 

Düşman qırar qapıyı

Biz içərdə qayğusuz.

Nə evləri ayırır,

Nə bir evli oluruz!..

 

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi...

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0