79-cu Kann Film Festivalı başlayıb

May 13, 2026 - 22:41
 0  6
79-cu Kann Film Festivalı başlayıb

Dünyanın ən nüfuzlu kino hadisələrindən biri hesab olunan Kann Film Festivalı bu il 79-cu dəfə qapılarını kinosevərlərin üzünə açıb. 

YAZİCİ.AZ xəbər verir ki, festivalın builki münsiflər heyətinə Cənubi Koreyalı usta rejissor Park Çan-vuk rəhbərlik edir.

Doqquz nəfərdən ibarət münsiflər heyətində Demi Mur, Xloe Jao, Rut Neqqa, Laura Vandel, İsaak De Bankole və Dieqo Sespedes kimi tanınmış sənətkarlar yer alıblar. Onlar festivalın əsas mükafatı olan "Qızıl Palma Budağı" uğrunda yarışacaq 22 tammetrajlı filmi qiymətləndirəcəklər. 

Açılış gecəsinin ən yaddaqalan məqamı "Üzüklərin hökmdarı" (The Lord of the Rings) trilogiyasının müəllifi, məşhur rejissor Peter Ceksonun fəxri mükafatla təltif edilməsi olub.

Kinematoqrafiya sahəsindəki xidmətlərinə görə ona təqdim edilən "Qızıl Palma Budağı" fəxri mükafatını trilogiyanın əsas qəhrəmanı Frodo obrazını canlandıran aktyor Elayca Vud təqdim edib. Bu məqam salonda böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, builki festivalın əsas müsabiqə proqramında Türkiyə istehsalı olan hər hansı bir ekran əsəri yer almayıb. Növbəti günlərdə dünya premyeraları və müxtəlif bölmələr üzrə nümayişlər davam edəcək. Festivalın qaliblərinin adları bağlanış mərasimində elan olunacaq.

Bu il "Qızıl Palma Budağı" mükafatı üçün festivalda 22 film yarışacaq.

Həmin filmlərin siyahısını təqdim edirik:

"Minotaur" – Andrey Zvyaginsev

"The Beloved" – Rodriqo Soroqoyen

"The Man I Love" – Ayra Saks

"Fatherland" – Pavel Pavlikovski

"Moulin" – Laslo Nemes

"Histoire de la nuit" – Lea Misius

"Fjord" – Kristian Munciu

"Notre salut" – Emmanuel Marre

"Gentle Monster" – Mari Kroyçer

"Nagi Notes" – Koci Fukada

"Hope" – Na Hon-cin

"Sheep in the Box" – Hirokazu Kore-eda

"Garance" – Janna Herri

"The Unknown" – Artur Harari

"All of a Sudden" – Ryusuke Hamaquçi

"The Dreamed Adventure" – Valeska Qrizbax

"Coward" – Lukas Dont

"La Bola Negra" (The Black Ball) – Xavyer Ambrossi və Xavyer Kalvo

"A Woman’s Life" – Şarlin Burju-Take

"Parallel Tales" – Əsgər Fərhadi

"Bitter Christmas" – Pedro Almodovar

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0