Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirilib

Apr 18, 2026 - 10:12
İyn 19, 2026 - 18:47
 0  19
Aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirilib

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda ustad aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri Güllü Eldar Tomarlı aşıq Hüseyn Saraçlının yaradıcılığı barədə məlumat verib.

Hüseyn Saraçlının tədqiqatçısı Rəşad Saraçlı aşığın zəngin arxivinin olduğunu, işıq üzü görməyən dastanları, şeirləri, ona ünvanlanan saysız məktublarının mövcudluğunu diqqətə çatdırıb.

Tədbir bədii hissə ilə davam edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru