Georgi Qospodinov Jan Mone ədəbiyyat mükafatına layiq görülüb

Sen 11, 2026 - 15:24
 0  11
Georgi Qospodinov Jan Mone ədəbiyyat mükafatına layiq görülüb

Georgi Qospodinovun fransız dilinə tərcümə edilib “Qalimard” nəşriyyatında çap edilən “Bağban və ölüm” romanı 2026-c il Jan Mone Avropa Ədəbiyyat Mükafatına layiq görülüb.

Yazici.az xəbər verir ki, builki 32-ci Jan Mone Avropa Ədəbiyyat Mükafatı Qospodinovu təkcə əsərinə görə deyil, həm də Avropa ədəbiyyatına verdiyi ümumi töhfəyə görə təltif edib.

Əsəri fransızcaya tərcüməsini bolqar ədəbiyyatının fransız dilinə tərcüməsində mühüm rol oynayan Mari Vrinet Nikolov həyata keçirib.

“Bağban və ölüm” Qospodinovun 2023-cü ildə Beynəlxalq Buker Mükafatını qazanan “Zaman sığınacağı”ndan sonra yazdığı romandır. Bu dəfə müəllif atasının xəstəliyinin son dövründən və ölümündən bəhs edir.

Qeyd edək ki, Jan Mone Avropa Ədəbiyyat Mükafatı, Avropa ədəbiyyatı və mədəniyyətləri arasında dialoqu vurğulayan ən vacib ədəbi mükafatlardan biri hesab olunur. Mükafatın builki rəsmi təqdimetmə mərasimi 21 noyabrda Fransanın Koqnak (Konyak) şəhərində Avropa Ədəbiyyat Festivalı çərçivəsində keçiriləcək.

 

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0
Tural Adışirin AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ədəbi-mədəni mühit və folklor" şöbəsinin elmi işçisi, Yazici.az ədəbiyyat portalının baş redaktoru