AYB Mingəçevir bölməsinin növbəti toplantısı keçirilib

İyl 15, 2026 - 19:34
 0  1
AYB Mingəçevir bölməsinin növbəti toplantısı keçirilib

İyulun 15-də  AYB Mingəçevir bölməsinin növbəti toplantısı keçirilib.

YAZİCİ.AZ xəbər verir ki,  toplantını giriş sözü ilə açan Azərbaycan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mingəçevir bölməsinə yeni sədr təyin olunmuş şair Elşən Əzim bölmənin yaradıcısı və 27 il sədri olmuş İsmayıl İmanzadənin xatirəsinin bir dəqiqəlik sayğı duruşu ilə yad edilməsini təklif edib.

Sayğı duruşundan sonra Elşən Əzim görkəmli şair-publisist İsmayıl İmanzdənin çoxşaxəli fəaliyyətindən, Mingəçevir ədəbi mühitinin formalaşmasındakı rolundan danışıb.

Çıxış edənlər MDU-nun müəllimi Mehman Rəsulov, gənc şair-drammaturq Elçin Məhərrəm, qocaman şair Ağabala Salahlı, gənc yazıçı-esseist Şamil Həsən, tarixçi Qurban Vahidov, AYB üzvü, şair Əhməd Əfsun, AYB üzvü yazıçı Zümrüd Rəhimova, şairə Rahilə Hüseynqızı, AYB üzvü, şair Bəhman Gülövşəli, AYB üzvü, gənc şair Nicat Hunalp, şair-publisist, AJB üzvü Məmməd Mərzili, satirik şair Eldəniz Cəfəroğlu və b. yeni ədəbi-bədii yazılarını səsləndirib, arzu və təkliflərini bildiriblər.

Şamil Həsən

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0