“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

May 7, 2026 - 14:55
 0  7
“Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəsul Rzanın ev-muzeyində “Bir ocaqda iki şairin işığı” adlı anım tədbiri keçirilib.

YAZİCİ.AZ xəbər verir ki, Səməd Vurğunun 120, Rəsul Rzanın 116-cı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, vurğunşünaslar, ziyalılar və hər iki şairin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fidan Rzayeva qonaqları salamlayaraq Səməd Vurğun və Rəsul Rzanın yaradıcılığını xatırlamaq, onların zəngin söz dünyasına bir daha nəzər salmaq və bu irsi gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb.

Çıxış edən qonaqlar hər iki şairin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, onların yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı təsirindən bəhs edərək xatirələrini bölüşüblər.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvləri Səməd Vurğun və Rəsul Rzaya aid şeirlər səsləndiriblər.

Sonda Xalq artisti Tünzalə Ağayeva, pianoçu, Prezident mükafatçısı Vurğun Vəkilovun müşayiəti ilə “Xavərim” və “Alagözlüm” mahnılarını ifa edib.

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0