Bütün zamanların ən yaxşı romanı seçildi

May 21, 2026 - 22:17
 0  13
Bütün zamanların ən yaxşı romanı seçildi

Hansı romanın qlobal sorğuda bütün dövrlərin ən görkəmli bədii əsəri seçildiyi bəzilərini təəccübləndirə bilər. Tanınmış yazıçılar, ədəbi tənqidçilər və tədqiqatçılar dünya ədəbiyyatı tarixinin ən böyük əsəri hesab etdikləri romanı seçiblər. 

YAZİCİ.AZ xəbər verir ki, siyahının yaradılması üçün təşkilatçılar dünyanın dörd bir tərəfindən 170-dən çox müəllif, ədəbiyyatşünas və tənqidçi arasında sorğu keçiriblər. Hər bir iştirakçıya bütün dövrlərin ən yaxşı on bədii əsərindən ibarət şəxsi siyahısını tərtib etmək təklif olunub.

Səsvermədə iştirak edənlər arasında Stiven Kinq, İen Renkin, Buker mükafatı laureatı Bernardin Evaristo və yazıçı Riçard Osman da olub.

Sorğunun nəticələrinə əsasən, ən yaxşı 10 romanın siyahısı belədir:

1-ci yer - "Midlmarç" (Middlemarch), Corc Eliot;

2-ci yer - "Sevimli" (Beloved), Toni Morrison;

3-cü yer - "Uliss" (Ulysses), Ceyms Coys;

4-cü yer - "Mayaka doğru" (To the Lighthouse), Virciniya Vulf;

5-ci yer - "İtirilmiş zamanın sorağında" (In Search of Lost Time), Marsel Prust;

6-cı yer - "Anna Karenina", Lev Tolstoy;

7-ci yer - "Hərb və Sülh", Lev Tolstoy;

8-ci yer - "Ceyn Eyr" (Jane Eyre), Şarlotta Bronte;

9-cu yer - "Qürur və Qərəz" (Pride and Prejudice), Ceyn Ostin;

10-cu yer - "Madam Bovari" (Madame Bovary), Qustav Flober. (lent.az)

Sizin reaksiyanız nədir?

Bəyən Bəyən 0
Bəyənmədim Bəyənmədim 0
Sevgi Sevgi 0
Əyləncəli Əyləncəli 0
Əsəbi Əsəbi 0
Kədərli Kədərli 0
Vay Vay 0